...

Elm və təhsil məsələləri daimi komissiyasının iclasında 4 qanun layihəsi müzakirə olunub

Siyasət Materials 2 Aprel 2007 19:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının bazar ertəsi kesirilən iclasında "2007-2009-cu illər üzrə humanitar sahədə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əməkdaşlıq Proqramı"nın təsdiq edilməsi haqqında qanun layihəsi müzakirə olunub.

Komissiyanın sədri Şəmsəddin Hacıyev qeyd edib ki, sənəd Rusiyada yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan rusların öz ana dillərində ttəhsil almalarına şərait yaradılmasını nəzərdə tutur. O vurğulayıb ki, bu sənəd ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərəcək.

Sonra "Azərbaycan Respublikası hökuməti və Ruminiya hökuməti arasında ticarət-iqtisadi əlaqələri və elmi-texniki əməkdaşlıq haqqında" 1995-ci ildə Buxarestdə imzalanmış sazişə dəyişiklik edilməsi barədə, "Azərbaycan Xarici İşlər Nazirliyi və Ukrayna Xarici İşlər Nazirliyi arasında diplomatik əməkdaşların hazırlanması haqqında" və "Azərbaycan Respublikası hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında ali təhsil sahəsində əməkdaşlıq haqqında" sazişlərin təsdiq edilməsini nəzərdə tutan layihələr müzakirə olunub. Bu layihələrin Milli Məclisin iclasında müzakirəyə çıxarılması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti