...

DİN Azərbaycanda gizli cinayətlərin açılması məsələsini müzakirə edib

Siyasət Materials 4 Aprel 2007 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) bu gün keçirilən kollegiya iclasında daxili işlər orqanlarında qeyri-aşkar şəraitdə baş verən cinayətlərin qarşısının alınması və açılması istiqamətində görülən işlər, sahə müvəkkillərinin fəaliyyətinin daha da təkmilləşdirilməsi məsələləri müraciət olunub.

DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bildirib ki, müzakirə olunan məsələlərlə bağlı DİN-in Baş Cinayət-Axtarış İdarəsinin rəisi Emin Şəkinski və Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Cavanşir Məmmədov çıxış ediblər. Daha sonra məruzələr ətrafında müzakirələr aparılıb.

Kollegiya iclasının sonunda nazir Ramil Usubov daxili işlər orqanlarının rəhbərləri qarşısında konkret tapşırıqlar qoyub.

Xəbər lenti

Xəbər lenti