...

Almaniya hökuməti Azərbaycanın Xanlar rayonundakı kilsənin bərpasına maliyyə ayıracaq

Siyasət Materials 4 Aprel 2007 18:22 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V. Məmmədov/ Almaniya hökuməti Xanlardakı alman kilsəsinin bərpasına maliyyə ayıracaq. Bu barədə Almaniyanın Azərbaycandakı səfiri Per Stankina çərşənbə günü Gəncədə olarkən açıqlama verib.

Səfir həmçinin bildirib ki, Gəncə Almaniyanın gerçəkləşdirəcəyi mədəniyyət layihələrində iştirak edəcək: "Gəncənin mədəniyyət sahəsində böyük potensialı var. Biz bundan istifadə edərək mədəniyyət layihələri həyata keçirmək istəyirik", - deyə Stankina əlavə edib.

Səfir Gəncə Dövlət Universitetində olub, alman dili fənninin tədris səviyyəsi ilə maraqlanıb.

Xəbər lenti

Xəbər lenti