...

Seçici siyahılarının MSK-ya təhvil verilməsi başa çatdı

Siyasət Materials 5 Aprel 2007 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dairə seçki komissiyalarının seçici siyahılarını Mərkəzi Seçki Komissiyasına (MSK) təhvil verməsi prosesi cümə axşamı başa çatıb. Bu barədə MSK-dan məlumat verilib.

Seçki Məcəlləsinin tələblərinə görə, hər il məntəqə seçki komissiyaları öz hüdudları çərçivəsində seçici siyahılarını müəyyənləşdirməli və dairə seçki komissiyalarına təhvil verməli, sonra DSK-lar bu siyahılar üzərində işləyib MSK-ya təqdim etməlidir. Məcəllənin tələbinə görə, siyahılar MSK-ya aprelin 5-dək təhvil verilməlidir. Bu gündən etibarən MSK 10 gün ərzində seçici siyahılarını dəqiqləşdirməli, mayın 30-dək isə rəsmi internet səhifəsində yerləşdirməlidir. Aprelin ikinci ongünlüyündə artıq seçicilərin ilkin siyahısı açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti