...

Moldova səfiri Azərbaycanın cənub bölgəsində səfərdədir

Siyasət Materials 11 Aprel 2007 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Astara rayonuna səfərə gedən Moldovanın ölkəmizdəki səfiri İon Robu Azərbaycanın cənub bölgəsi ilə Moldova arasında birbaşa ələqalərin qurulması imkanlarını öyrənir. Yola düşməzdən öncə səfir bildirib ki, Astarada yerli icra hakimiyyəti nümayəndələri ilə görüşlər keçirmək, habelə rayonun təsərrüfat və sənaye obyektləri ilə tanış olmaq niyyətindədir.

İ.Robunun fikrincə, iki ölkənin regionları arasında birbaşa əlaqələrin inkişafı önəmlidir. Konkret olaraq o, çay və sitrusların yetişdirilməsi kimi perspektivli sahələrə diqqət yetirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti