...

Azərbaycan prezidenti Latviyanın XİN rəhbərini qəbul edib

Siyasət Materials 16 Aprel 2007 17:16 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend /Azərbaycan və Latviya arasında münasibətlər uğurla inkişaf edir və bu inkişafda Azərbaycan prezidentinin bu ölkəyə rəsmi səfəri böyük rol oynayıb. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Latviyanın XİN rəhbəri Artis Pabriksi qəbul edərkən bəyan edib.

Prezident Latviya xarici işlər nazirinin bu səfərinin ikitərəfli münasibətlərə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan regionda lider mövqe tutur və Latviya Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir, deyə Pabriks bəyan edib.

Xəbər lenti

Xəbər lenti