Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Mayın əvvəlində Bakıda Belarusun ilk milli sərgisinin keçirilməsi planlaşdırılır. Bu barədə çərşənbə axşamı Belarusun Azərbaycandakı səfirliyindən məlumat verilib. Sərgidə dövlət və özəl sahənin aparıcı şirkətləri təqdim olunacaq.
Sərginin məqsədi iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, iş adamları arasında birbaşa əlaqələrin qurulmasıdır.