...

Polis Azərbaycanın müxalifət partiyasına hücumla bağlı məlumatı təsdiqləmir

Siyasət Materials 18 Aprel 2007 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Müsavat Partiyası Gəncə şəhər təşkilatının qərargahı bu gecə polis hücumuna məruz qalıb. Partiyanın mətbuat və informasiya müavinliyindən çərşənbə günü bildiriblər ki, polislər qərargahın kilidlərini qıraraq, oradakı bütün əşyaları özləri ilə gətirdikləri yük maşınına yığıb polis idarəsinə aparıblar. Daha sonra Müsavat Partiyası Məclisinin üzvü Cahangir Əmirxanlıya bu haqda məlumat verilib. Əmirxanlı gecə bir neçə müsavatçı ilə polis idarəsinə gələrək, onlara məxsus əşyaları geri qaytarıblar.

Partiyadan verilən məlumata görə, bununla bağlı Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus və beynəlxalq təşkilatlara müraciət ediləcək.

Gəncə şəhər Polis İdarəsi məlumatı təqdiqləməyib.

Xəbər lenti

Xəbər lenti