...

Dağıstan prezidentinin Azərbaycana səfəri hazırlanır

Siyasət Materials 18 Aprel 2007 17:23 (UTC +04:00)
Dağıstan prezidentinin Azərbaycana səfəri hazırlanır

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Aprelin sonunda Dağıstan Respublikasının prezidenti Muxu Əliyev Azərbaycana səfər edəcək.

Hazırda diplomatik kanallar vasitəsilə səfərin dəqiq tarixi və proqramı hazırlanır. Bu barədə çərşənbə günü Rusiyanın Azərbaycandakı səfirliyinin məsləhətçisi Aleksandr Semyonov məlumat verib.

Səfər çərçivəsində tərəflərin Azərbaycan və Dağıstan arasında iqtisadi, ticarət, mədəni və humanitar əlaqələrin inkişafının perspektivlərinin müzakirəsi gözlənilir.

Səfər çərçivəsində Azərbaycan və Dağıstan arasında normativ-hüquqi bazanın yeniləşdirilməsi nəzərdə tutulur, bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Xəbər lenti

Xəbər lenti