...

Azərbaycan və Koreya prezidentləri ikitərəfli danışıqların yekununa əsasən Seulda bəyanat imzalayıblar

Siyasət Materials 23 Aprel 2007 13:56 (UTC +04:00)
Azərbaycan və Koreya prezidentləri ikitərəfli danışıqların yekununa əsasən Seulda bəyanat imzalayıblar

Azərbaycan,Bakı/müxbir Trend A.Qasımova/Azərbaycan və Koreya prezidentləri İlham Əliyev və Rox Mu Xyun bazar ertəsi Seulda yüksək səviyyədə keçirilən ikitərəfli danışıqların yekununa əsasən bəyanat imzalayıb.

Koreya prezidentinin ofisindən verilən məlumata əsasən, prezidentlərin danışıqları təxminən bir saat davam edib və energetika, təbii ehtiyatlar, tikinti və informasiya texnologiyaları sahəsində ikitərəfli münasibətlərin dərinləşdirilməsi yolları razılaşdırılıb.

10 bənddən ibarət bəyanatda ticarət-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə münasibət əks olunub. Bəyanat iki ölkə vətəndaşları üçün viza prosedurunun sadələşdirilməsini nəzərdə tutur.

İmzalanmış sənədlər arasında həmçinin Azərbaycan hökumətinin investisiya zəmanətləri, ikiqat vergi qoymadan qaçma, ÜTT-də Azərbaycanın üzvlüyünün Cənubi Koreya tərəfindən dəstəklənməsi barədə sazişlər də yer alıb.

Xəbər lenti

Xəbər lenti