...

Azərbaycanın Türkiyədəki səfirliyi Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı bir sıra tədbirlər keçirib

Siyasət Materials 11 May 2007 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın Türkiyədəki səfirliyi sabiq prezident Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü ilə bağlı bir sıra tədbirlər keçirib. Səfirliyin mətbuat xidmətinin rəhbəri Gültəkin Həbibli cümə günü bildirib ki, səfirliyin hazırladığı materiallar əsasında Türkiyədə dərc olunan "Yeniçağ" qəzetində Heydər Əliyevin həyat və yaradıcılığı ilə bağlı silsilə məqalələr çap edilib. Bundan əlavə, eyni adlı telekanalda sabiq prezidentə aid "Əbədi zirvə" filmi nümayiş etdirilib.

Həbiblinin sözlərinə görə, tədbirlər çərçivəsində Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına məktəbdə "Heydər Əliyev və türk dünyası" başlıqlı inşa müsabiqəsinə yekun vurulub. Müsabiqədə iştirak edən 210 şagird arasında ilk üç yeri tutan şagirdlərə hədiyyə və diplomlar təqdim olunub.

Xəbər lenti

Xəbər lenti