...

"İstehsalat və məişət tullantıları haqqında" qanunda dəyişiklik ediləcək

Siyasət Materials 11 May 2007 18:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının cümə günü keçirilən iclasında "İstehsalat və məişət tullantıları haqqında" qanunda dəyişikliklər və əlavələr edilməsi barədə" qanun layihəsi müzakirə edilib. Bu barədə cümə günü Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Komissiya sədrinin müavini Elton Məmmədov bildirib ki, 2001-ci ildə Azərbaycanın bu sahədə beynəlxalq konvensiyaya qoşulması və yeni strukturların yaranması ilə əlaqədar qanuna əlavə və dəyişikliklərin edilməsi zərurəti yaranıb. Qeyd olunub ki, bu qanun 1998-ci ildə qəbul edilib və bu gün bütün sahələrdə olduğu kimi ətraf mühitin qorunmasının da Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac var.

Qanun layihəsinin Milli Məclisin iclasında müzakirəyə çıxarılması məqsədəuyğun hesab edilib.

Xəbər lenti

Xəbər lenti