...

Azərbaycan XİN başçısı Pakistan prezidenti ilə görüşüb

Siyasət Materials 16 May 2007 11:34 (UTC +04:00)
Azərbaycan XİN başçısı Pakistan prezidenti ilə görüşüb

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ İslamabadda səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Pakistan prezidenti Pərviz Müşərrəflə görüşdə İslam Konfransı Təşkilatına (İKT) üzv-ölkələrdə mövcud problemləri və onların həlli yollarını müzakirə edib. Bu barədə çərşənbə günü telefonla Azərbaycanın Pakistandakı səfirliyinin müşaviri Sabir Rzayev məlumat verib. Məmmədyarov-Müşərrəf görüşü mayın 15-16-da İslamabadda keçirilən İKT XİN başçılarının 34-cü sessiyası çərçivəsində baş tutub.

Görüşdə İKT-yə üzv-dövlətlərin ərazilərində mövcud münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. İKT-də il ərzində sədrlik edən və bu səlahiyyəti Pakistan tərəfinə təhvil verən Məmmədyarov müsəlman ölkələrinin inkişaf problemlərinə diqqət yetirib, bu ölkələrdə mövcud münaqişələrin həlli istiqamətindəki səylərin fəallaşdırılmasının vacibliyini vurğulayıb.

Söhbət əsnasında həmçinin Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlığının inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Müşavirin sözlərinə görə, görüş zamanı Azərbaycan XİN başçısı Pakistan prezidentinə Azərbaycan dilinə tərcümə olunmuş "The land of fire" ("Odlar yurdu") kitabını verib. Qeyd edək ki, bu kitabın müəllifi Müşərrəfin özüdür. Kitab Azərbaycanın Pakistandakı səfirliyinin köməyi ilə tərcümə olunub.

Rzayev onu da bildirib ki, bu gün Məmmədyarovun sessiyada iştirak edən nümayəndə heyətləri ilə bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti