...

NATO PA-nın sədr müavini Azərbaycana gəlib

Siyasət Materials 17 May 2007 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ NATO Parlament Assambleyası (PA) sədrinin müavini, Rumıniyanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mihail Lupoi cümə axşamı Azərbaycana səfərə gəlib.

NATO PA sədrinin müavini Fəxri Xiyabanda Azərbaycanın eks-prezidenti Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.

Milli Məclisdə Heydər Əliyevin Xatirə zalı ilə tanışlıqdan sonra Lupoi parlamentin sədri Oqtay Əsədov, NATO PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvləri, habelə sənaye və energetika naziri Natiq Əliyev, səhiyyə nazirinin müavini Abbas Vəlibəyov ilə görüşəcək.

Lupoini Azərbaycan prezidenti İlham Əliyevin qəbul edəcəyi də gözlənilir.

Xəbər lenti

Xəbər lenti