...

Səfir: "Türkiyənin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti Azərbaycana gələcək"

Siyasət Materials 17 May 2007 13:42 (UTC +04:00)
Səfir: "Türkiyənin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti Azərbaycana gələcək"

Azərbaycan, Bakı /müx. Trend E.Hüseynov/ Gələn həftə Azərbaycana Türkiyənin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti səfər edəcək. Bu barədə bu gün Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu məlumat verib.

Onun sözlərinə görə, səfər tanışlıq xarakterli olacaq. Nümayəndə heyətinə türk ordusunun yüksək rütbəli zabitləri, əsasən polkovniklər (tur-generallar) daxildir. Onların arasında hərbi-hava, hərbi-dəniz və quru qoşunlarının nümayəndələri olacaq. "Bu səfər Ankara ilə Bakının qarşılıqlı şəkildə həyata keçirdiyi səfərlər silsiləsindən olacaq. Sabah həmin hərbçilərin rütbəsi artacaq və belə tanışlıq səfərləri onlara gələcək işində Azərbaycandakı durumdan xəbərdar olmağa kömək edəcək" - deyə diplomat bildirib.

Səfər çərçivəsində türk zabitlərinin Azərbaycanın hərbi strukturlarının nümayəndələri, habelə müdafiə naziri Səfər Əbiyevlə görüşləri keçiriləcək. Qarslıoğlunun sözlərinə görə, səfər ikitərəfli xarakter daşıyır və Türkiyə ilə Azərbaycanın NATO çərçivəsindəki əməkdaşlığına aid deyil.

Səfir həmçinin Azərbaycanın müdafiə naziri postuna türkiyəli hərbçinin təyin ediləcəyi ilə bağlı xəbərləri təkzib edib. "Bunlar şayiə və yanlış məlumatlardır" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti