...

Qazaxıstanın partiya lideri ölkədəki konstitusion dəyişiklikləri müsbət hesab edir

Siyasət Materials 22 May 2007 16:37 (UTC +04:00)
Qazaxıstanın partiya lideri ölkədəki konstitusion dəyişiklikləri müsbət hesab edir

Azərbaycan,Bakı/müxbir Trend A.Qasımova/Qazaxıstan Konstitusiyasına edilən, əsasən də hökumətdə partiyaların payının artırılmasını nəzərdə tutan, çərşənbə axşamı ölkə prezidenti Nursultan Nazarbayev tərəfindən təsdiq olunmuş dəyişikliklər müsbətdir. Qazaxıstanlı politoloq, "Ak jol" partiyasının lideri Əlixan Baymenov belə hesab edir.

Prezident Nazarbayev "Qazaxıstan Respublikasının Konstitusiyasına dəyişiklik və əlavələrin edilməsi haqqında" qanunu imzalayıb. İndi Nursultan Nazarbayev dövlət başçısı vəzifəsinə qeyri-məhdud sayda namizədliyini irəli sürə bilər. Dövlət başçısı tərəfindən təklif olunmuş konstitusion islahatlar arasında prezident səlahiyyətlərinin yeddi ildən beş ilədək azaldılması da var.

Bu normanın 2012-ci ildən sonra qüvvəyə minəcəyi güman olunur. Bundan başqa parlament deputatlarının sayı 154 nəfərədək, həmçinin majlismenlər - 30, senatorlar 8 nəfərədək artır. Majlisə seçkiləri partiya siyahıları üzrə keçirmək təklif olunub, bununla belə, deputatlığa namizədlərin bir hissəsi Qazaxıstan Xalqlar Assambleyası ilə razılaşdırma yolu ilə təklif olunacaq. Qazaxıstanda idarə forması prezident idarə forması olaraq qalacaq, lakin paralmentin səlahiyyətləri əhəmiyyətli dərəcədə genişlənəcək.

Çərşənbə axşamı Astanadan telefon vasitəsilə Baymenov məlumat verib ki, siyasi rəqabətin ideologiya və dəyərlərə əsaslandığı Qazaxıstan cəmiyyəti kimi cəmiyyətlər üçün seçki proseslərində bu kriteriyaların baza təşkil etməsi vacibdir.

"Eyni zamanda majoritar sistemdə digər aspektlər, həmçinin müəyyən klanlara məxsusluq, müəyyən nəsil-tayfa münasibətləri əhəmiyyətli rol oynayır. Bu da hakimiyyət və ya prezentativliyin möhkəmləndirilməsinə xidmət etmir", - deyə o bildirib.

Onun sözlərinə görə, mərkəzləşdirilmiş rejimlərdə majoritar sistem çox vaxt müxalifətin minimal iştirakına yol verir. Hətta Qazaxıstandakı kimi vahid iştirak. Bir partiyanın 100% yer tutması üçün istiqamətləndirilmiş səylər olmadığı halda proporsional sistemdə bu baş vermir.

"Ümumilikdə, mən konstitusiyaya dəyişiklikləri müsbət qiymətləndirirəm və ən əsası aşağı palatada deputatlarının sayının artırılması keyfiyyət və kəmiyyət arasında qarşılıqlı əlaqəyə gətirib çıxaracaq", - deyə Baymenov əlavə edib.

Xəbər lenti

Xəbər lenti