...

Azərbaycan Prezidenti İcra Aparatının rəhbəri: "Azərbaycan iqtidarı ölkədə normal, sivil müxalifətin formalaşmasını gözləyir"

Siyasət Materials 23 May 2007 14:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan iqtidarı ölkədə normal, sivil müxalifətin formalaşmasını gözləyir. Bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev bəyan edib. Onun sözlərinə görə, Azərbaycan müxalifəti öz yolunu tapmayıb. Ona görə də hər hansı ideyalarla çıxış edə bilmir.

Mehdiyev hesab edir ki, Azərbaycan cəmiyyəti müxalifətin ideyalarını qəbul etmir. "Onlar öz taktikalarını, strategiyalarını düzgün müəyyən etmədiyindən zəifdilər. Regionlarda müxalifətə yaxın düşən yoxdur. Bu, ancaq özlərinin günahıdır. Qonşu dövlətlərdə Azərbaycandan fərqli olaraq müxalifət heç vaxt öz dövləti, milləti haqqında xaricdə yanlış, böhtan fikirlər yaymır" - deyə Mehdiyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti