...

Müxalifət partiyasına piket keçirməyə icazə verilməyib

Siyasət Materials 24 May 2007 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirməsinə icazə verməyib. Bu barədə cümə axşamı AMİP-dən məlumat verilib.

Meriyanın icazə verməməsinə baxmayaraq, AMİP mayın 25-də saat 13.00-da Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının kütləvi sürətdə pozulmasına, aparılan milli ayrı-seçkilik siyasətinə, Güney Azərbaycan Milli Hərəkatının fəallarının həbsdə saxlanılmasına, eləcə də başlanan yeni repressiyalara, həbslərə etiraz olaraq İranın Bakıdakı səfirliyi qarşısında piket keçirəcək.

Qeyd edək ki, sağ mərkəzçi müxalifət partiyası olan AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir. Hazırda Məmmədov partiyanın lideridir. AMİP-in sədri vəzifəsini 2006-cı ildən Ayaz Rüstəmov tutur.

Xəbər lenti

Xəbər lenti