...

Azərbaycanda uzun illər axtarışda olan cinayətkar dəstənin başçısı Rusiyada həbs edilib

Siyasət Materials 29 May 2007 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət-Axtarış İdarəsi və Sevostopol vilayəti milis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində uzun illər axtarışda olan Bülbülə qəsəbə sakini Əli İslam oğlu Kərimov Rusiya ərazisində həbs edilib. Bu barədə çərşənbə axşamı nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hazırda Kərimovun Azərbaycana ekstradisiyası üçün Respublika Prokurorluğu tərəfindən müvafiq tədbirlər görülür.

1996-cı ildən Bakı şəhərində xeyli cinayət törətmiş Laçın Aydınov və Əli Kərimovun başçılıq etdikləri onlarla üzvü olan təhlükəli cinayətkar dəstə tərəfindən uzun müddət ərzində qətllər, banditizm, quldurluq, hədə-qorxu ilə tələb etmə, adam oğurluğu, qanunsuz azadlıqdan məhrumetmə və digər ağır cinayətlər törədib.

Törətdikləri çoxsaylı ağır və xüsusilə ağır cinayətlərə görə dəstə üzvlərinin əksəriyyəti cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunublar. Aydınov 2003-cü il noyabrın 8-də Bakıda tutulub. Onun yaşadığı mənzildən bu cinayətkar dəstəyə məxsus üç tapança, bir avtomat, həmin silahlar üçün xeyli sursat, sandıqça, həmçinin bir qumbara götürülüb. Cinayətkar dəstənin digər başçısı Kərimov isə 2002-ci ildən axtarışda idi.

Xəbər lenti

Xəbər lenti