...

Azərbaycanın müxalifət liderləri ATƏT-in səfiri ilə görüşüblər

Siyasət Materials 29 May 2007 18:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifətçi "Azadlıq" blokunun həmsədrləri - Əli Kərimli, Lalə Şövkət və Əli Əliyev çərşənbə axşamı ATƏT-in Azərbaycandakı səfiri Xose Luis Herrero Ansola ilə görüş keçiriblər. Bu barədə Əli Əliyev məlumat verib.

Görüşdə Azərbaycandakı ictimai-siyasi durum, mətbuatla bağlı yaranmış vəziyyət müzakirə edilib. "Azadlıq" blokunun liderləri siyasi durum, mətbuatın problemləri, jurnalistlərin üzləşdiyi təzyiqlərlə bağlı ATƏTdiplomatına məlumat veriblər.

Əli Əliyevin sözlərinə görə, Herrero Ansola ATƏT-in Azərbaycandakı vəziyyəti diqqətdə saxladığını deyib. ATƏT təmsilçisi müxalifət liderlərinin fikirlərinə münasibətini bildirib: "Səfir bildirdi ki, Azərbaycandakı siyasi vəziyyəti, söz azadlığının durumunu diqqətlə izləyir. Bizim bu görüşümüz, apardığımız müzakirələr effektiv nəticələr verəcək"-deyə Əliyev qeyd edib.

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti