...

İsrail diplomatı Azərbaycana səfər edəcək

Siyasət Materials 5 İyun 2007 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ İsrail Xarici İşlər Nazirliyi baş direktorunun siyasi məsələlər üzrə birinci müavini Yossi Qal iyunun 11-də Azərbaycana rəsmi səfər edəcək. İsrail səfirliyi Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən çərşənbə axşamı Trend ə verilən məlumata görə, iki günlük səfər çərçivəsində Yossi Qal Prezident Aparatı, Xarici İşlər və İqtisadi İnkişaf Nazirliklərinin rəsmiləri və Milli Məclis üzvləri ilə görüşlər keçirəcək. Səngəçal terminalına da səfər etməyi planlaşdıran Yossi Qal həmçinin yerli Yəhudi İcmasının nümayəndələri ilə də görüşəcək. Səfərin yekunlarına dair mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti