...

Heydər Əliyev Fondunun prezidenti Bakı kəndlərində aparılan abadlıq işləri ilə tanış olub

Siyasət Materials 14 İyun 2007 21:05 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müx.P.Əmircanov/ Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva cümə axşamı Bakının Sabunçu və Əzizbəyov rayonlarında olub. Bu barədə Trend xəbər verir.

Mehriban Əliyeva Bilgəh qəsəbəsində Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmirdən sonra yenicə istifadəyə verilən uşaq bağçası ilə tanış olub. Qəsəbədə 4 klub da fondun dəstəyi ilə istifadəyə verilib. Azərbaycanın birinci xanımı bağçada uşaqlar üçün yaradılmış şəraitlə yaxından tanış olub, balacalarla söhbət edib, onların ehtiyacları ilə maraqlanıb.

Sonra Mehriban Əliyeva təmirdən çıxmış Mərdəkan Mədəniyyət Sarayında olub. Ona məlumat verilib ki, burada səhnə yenidən qurulub, oturacaqlar təzələnib. Böyük və kiçik zallar, konfrans zalı yaradılıb.

Daha sonra Zirədə olan Mehriban xanım yeni məktəbin tikintisi, park kompleksi ilə tanış olub. Sakinlər ona minnətdarlıqlarını bildiriblər ki, bir müddət əvvəl qəsəbədə olarkən verdiyi sözə əməl edərək yeni sosial obyektlərin, xəstəxana, təcili yardım stansiyası, məktəb kimi obyektlərin sürətli tikintisini həyata keçirib. Mehriban Əliyeva abadlıq işlərinin davam etdiriləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti