...

GUAM-ın xarici işlər nazirləri imzalanmaq üçün prezidentlərə təqdim olunacaq sənədlər paketi hazırlayıblar

Siyasət Materials 18 İyun 2007 18:05 (UTC +04:00)
GUAM-ın xarici işlər nazirləri imzalanmaq üçün prezidentlərə təqdim olunacaq sənədlər paketi hazırlayıblar

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ GUAM açıq təşkilatdır. Bu təşkilata onun məqsədlərinə və prinsiplərinə yaxın olan hökumətlər daxil ola bilərlər. Bu haqda bazar ertəsi təşkilatın dövlət başçılarının sammiti ərəfəsində GUAM-ın xarici işlər nazirləri Şurasının iclasının yekunları ilə bağlı keçirilən brifinqdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Azərbaycan və Gürcüstanın nazirlər, Ukrayna və Moldovanın nazir müavinləri səviyyəsində təmsil olunduğu iclasda sabah imzalanmaq üçün prezidentlərə təqdim olunacaq razılıqlar layihəsi paketi razılaşdırılıb" - deyə nazir bildirib. Məmmədyarovun sözlərinə görə, razılıqlar nəqliyyat, mədəniyyət, humanitar və həmçinin təhlükəsizlik sahəsində əldə olunub. Nazirin sözlərinə görə, Şura həmçinin prezidentlərin imzalayacağı bəyannamə layihəsini hazırlayıb.

Həm üzv ölkələr, həm də təşkilata daxil olmayan ölkələr tərəfindən GUAM-a maraqlar böyukdür. Onun sözlərinə görə, iclada bir çox təkliflər səslənib. "Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova GUAM-ı məqsədinə çatmış təşkilat kimi görürlər" - deyə nazir bildirib.

Şura həmçinin GUAM məkanında dondurulmuş münaqişələri müzakirə edib. Nazirin sözlərinə görə, iclas çərçivəsində GUAM-ABŞ və GUAM-Yaponiya formatında danışıqlar aparılıb. "Hər iki görüş məhsuldardır" - deyə nazir bildirib.

Gürcüstanın xarici işlər naziri Qela Bejuaşvili GUAM-ın fəaliyyətinin üç istiqamətini qeyd edib: demokratiya, iqtisadi inkişaf və təhlükəsizlik. Onun sözlərinə görə, GUAM gələcək sülhməramlı əməliyyatlarda iştirak etməkdə maraqlıdır.

Ukraynanın və Moldovanın xarici işlər nazirlərinin müavinləri Andrey Veselovski və Valeri Ostalep öz növbəsində GUAM-ın son 10 illik fəaliyyətində olan inkişafdan və beynəlxalq təşkilatların GUAM-a göstərdiyi maraqdan bəhs ediblər.

Xəbər lenti

Xəbər lenti