...

Azərbaycan prezidentinin İstanbulda keçiriləcək daha bir beynəlxalq konfransda iştirakı gözlənilir

Siyasət Materials 19 İyun 2007 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/Azərbaycan prezidenti İlham Əliyevin Türkiyənin İstanbul şəhərində iyunun 26-da "Enerji təhlükəsizliyinin yeni sərhədləri" mövzusunda keçiriləcək beynəlxalq konfransında iştirakı gözlənilir. Bu barədə çərşənbə axşamı Trend ə açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov məlumat verib.

Səfirin sözlərinə görə, ali toplantıda Türkiyənin baş naziri, Ukrayna, Gürcüstan, Türkiyə prezidentləri də iştirak edəcək. Həşimov bildirib ki, Azərbaycan prezidentinin səfəri çərçivəsində Türkiyənin baş naziri Rəcəb Tayyub Ərdoğan və prezidenti Əhməd Nejdət Sezerlə görüşü planlaşdırılıb.

Azərbaycan prezidenti ondan bir gün öncə, iyunun 25-də İstanbulda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti