...

ADP-nin sədr müavini: "Balakəndə ADP fəalının polisi yaralaması barədə məlumatı səhv veriblər"

Siyasət Materials 2 İyul 2007 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyasının (ADP) Balakən rayon təşkilatının sədri Nizami Quliyevin rayonun bir nəfər polis əməkdaşını yaralaması barədə məlumat düzgün deyil. Bu barədə ADP-nin sədr müavini Həsrət Rüstəmov məlumat verib.

O bildirib ki, ADP Balakən rayon təşkilatının keçmiş sədri Nizami Quliyev rayonun bir nəfər polis əməkdaşı ilə münaqişə zəminində ona tüfəngdən atəş açıb. Rüstəmovun sözlərinə görə, polis əməkdaşı şoka düşdüyü üçün yerə yıxılıb, sakinlər isə onun yaralandığını zənn ediblər. Ona görə də Nizami Quliyevin polisi yaralaması barədə yanlış məlumat yayılıb və ADP-yə də səhv məlumat verilib.

"Əslində bu münaqişə baş verib və keçmiş ADP-çi atəş açıb. Lakin dəqiqləşən məlumata görə, polisə güllə dəyməyib. Partiyaya bundan əvvəl yanlış məlumat verildiyi üçün biz də mətbuata poilsin yaranlandığını bildirmişdik".

Həsrət Rüstəmov qeyd edib ki, bu hadisədən əvvəl Quliyev ADP-nin Balakən rayon təşkilatının sədri vəzifəsindən istefa ərizəsini vermişdi.

Quliyevin evinin işığının kəsilməsi səbəbindən onun işıq idarəsində mübahisəsi olub. Sonra evinə polis gəlib və sözügedən hadisə baş verib.

ADP-nin sədr müavini qeyd edib ki, polisin xəsarət almaması Quliyevin işini yüngülləşdirir, lakin buna baxmayaraq, o, hələ də axtarışdadır.

Xəbər lenti

Xəbər lenti