...

Prezident "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasi haqqında" qanunu imzalayıb

Siyasət Materials 4 İyul 2007 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Prezident "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasi haqqında" qanunun tətbiq edilməsi barədə Fərman imzalayıb. Qanunun tətbiqini təmin etmək məqsədilə Nazirlər Kabineti iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu qanuna uygunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etməlidir.

Nazirlər Kabineti bu qanunda nəzərdə tutulmuş sosial adaptasiya mərkəzlərinin yaradılması haqqında təkliflərini hazırlamalı, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin müvəqqəti yaşayış yeri ilə təmin olunma qaydasını və həmin müvəqqəti yaşayış yerlərində yaşamaq müddətinin artırılmasının müstəsna hallarını müəyyən etməlidir. Fərmanda cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya tədbirlərinin maliyyələşdirilməsi üçün gələn ildən dövlət büdcəsindən vəsaitin ayrılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti