...

Gürcüstanın qaçqın və köçkünlərin məsələləri üzrə naziri məshəti-türklərinə tarixi vətənlərinə dönməklə bağlı tələsməməyi məsləhət gördü

Siyasət Materials 1 Avqust 2007 13:01 (UTC +04:00)
Gürcüstanın qaçqın və köçkünlərin məsələləri üzrə naziri məshəti-türklərinə tarixi vətənlərinə dönməklə bağlı tələsməməyi məsləhət gördü

Tbilisi, Gürcüstan /müx. Trend N.Kirtsxalia/ Gürcüstanın qaçqın və köçkünlərin məsələləri üzrə naziri Giorgi Xeviaşvili məshəti-türklərinə Gürcüstanın mərkəzi hakimiyyət orqanları ilə razılaşdırılmadan tarixi vətənlərinə səfər etmələrini məsləhət görmür. Jurnalistlərin suallarını cavablandıran Xeviaşvili qeyd edib ki, bu, insident və təxribatlarla müşahidə oluna bilər.

Dünən Azərbaycandan gələn bir qrup məshəti-türk Adigeni rayonunda (Samsxe-Cavaxetiya bölgəsi) dədə-baba yurdlarına baş çəkiblər. 1944-cü ildə onların dədə-babaları buradan Stalinin göstərişi ilə sürgün edilmişdir. Səfər zamanı yerli mesxlərlə məshəti-türklər arasında insident müşahidə olunub. Yerli sakinlər bəyan ediblər ki, məshəti-türklərin geri qayıtması yalnız onların rəsmən üzr istəmələrindən sonra mümkündür. Onların 20-ci əsrin əvvəllərində xristian məshətilərə qarşı təqib etmələri iddia olunur.

"Gürcüstanda torpaq və ev alınması məqsədilə vətəndaşlıq almaq üçün məshəti-türklər kifayət qədər ağır və mürəkkəb prosedurdan keçməli olacaqlar. Vaxtilə yaşadıqları yerlərə səfər edib o zaman dədə-babalarına məxsus evləri göstərməklə, xoşagəlməz nəticələrə səbəb ola bilərlər. Çünki indi o evlərin konkret sahibləri var. Ona görə də təxribatlardan çəkinmək lazımdır" - deyə nazir vurğulayıb.

30-dək məshəti-trükün Azərbaycandan Gürcüstana səfəri məshəti-türklərin beynəlxalq ittifaqı tərəfindən təşkil olunub. Qonaqlar bəyan ediblər ki, Azərbaycanda yaşayan 70 min məshəti-türkdən 3000 nəfəri vətənlərinə dönməyə hazırdır. Onlar tarixi vətənlərinin suyunu və havasını çox bəyəndiklərini söyləyiblər.

Bu gün nümayəndə heyətinin üzvləri Xeviaşvili ilə görüşəcəklər.

Xəbər lenti

Xəbər lenti