...

Gürcüstanlı ekspert: Gürcü torpağına atılan raket qərb üçün bir işarədir

Siyasət Materials 7 Avqust 2007 19:08 (UTC +04:00)

Gürcüstan, Tiflis / Trend müxbir N. Kirtsxalia/ Gürcüstan ərazisinə atılan raket Qərb üçün bir işarədir, gürcü politoloqu Aleksandr Rondeli belə hesab edir. "Rusiya bir daha bütün dünaya göstərmək istəyir ki, Cənubi Qafqaz onun mülküdür və bunu qeyri-sivil yolla nümayiş etdirir" - deyə Rondeli jurnalistlərə bəyan edib.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, dünən saat 18.30-da iki rus hərbi təyyarəsi ölkənin hava sərhədini pozub və onlardan biri Sitelubani kəndinin ətrafına raket zərbəsi endirib.

700 kq ağırlığında olan raket partlamayıb və 5 metr dərinliyində torpağa batıb. Raket artıq zərərsizləşdirilib və heç bir təhlükə yaratmır.

Bu arada Rusiyanın Hərbi-Hava Qüvvələrinin baş qərargahında rus təyyarələrinin Tiflisin yaxınlığında bomba atması ilə bağlı məlumatı təkzib ediblər. "Bütün bazar ertəsi ərzində rus təyyarələri bu rayonda heç bir uçuş həyata keçirməyib, suveren Gürcüstanın sərhədlərini pozmayıblar" - deyə RF-nin Hərbi-Hava Qüvvələrinin baş qərargah köməkçisi Aleksandr Drobışevski bildirib.

Ekspert hesab edir ki, insident Rusiyanın gücün nümayiş etdirməsidir. "Moskva göstərməyə çalışır ki, o hələ də güclüdür və bizim regionda göstərdiyi təsirindən imtina etməyə hazırlaşmır. Bunun üçün o qərbyönümlü siyasətinin aktiv bələdçisi olan Gürcüstanı seçib".

Rondeli istisna etmir ki, bu aqressiya aktı Gürcüstan prezidenti Mixail Saakaşvili və Rusiya prezidenti Vladimir Putinin sentyabra təyin olunmuş görüşünü pozmaq üçüq təşkil olunub.

Xəbər lenti

Xəbər lenti