...

Azərbaycan prezidenti Qazaxıstanın baş naziri və parlament sədri ilə görüşüb

Siyasət Materials 8 Avqust 2007 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstan baş naziri Kərim Məsimov və Senat sədri Kasımjomart Tokayevlə çərşənbə günü Astanada keçirdiyi görüşdə Azərbaycan-Qazaxıstan ikitərəfli əməkdaşlıqla bağlı vacib məsələlər müzakirə olunub. Bu barədə Qazaxıstan paytaxtından telefonla Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilov məlumat verib.

Danışıqlar Azərbaycan prezidentinin dünən Qazaxıstana başlayan rəsmi səfəri çərçivəsində keçib. Səfirin sözlərinə görə, müzakirələr iki dövlət başçısının ikitərəfli görüşdə verdiyi tapşırıqlardan sonra aparılıb.

Bu gün Azərbaycan prezidenti Vətən uğrunda həlak olan qəhrəmanların heykəli önünə əklil qoyub, həmçinin Prezidentlər Xiyabanında ağac əkib.

Günün sonunda dövlət başçısı Azərbaycanın Qazaxıstandakı səfirliyinə baş çəkəcək.

Xəbər lenti

Xəbər lenti