...

Səfir: "İndoneziya Azərbaycanla əməkdaşlığa dair ikitərəfli sənədlər layihəsini nəzərdən keçirir"

Siyasət Materials 13 Avqust 2007 13:27 (UTC +04:00)
Səfir: "İndoneziya Azərbaycanla əməkdaşlığa dair ikitərəfli sənədlər layihəsini nəzərdən keçirir"

Azərbaycan, Bakı / müx. " S.Ağayeva/ Bazar ertəsi Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyevin telefonla verdiyi məlumata görə, İndoneziya hökuməti Azərbaycanla əməkdaşlığa dair ikitərəfli sənədlər layihəsini nəzərdən keçirir.

Azərbaycan səfirliyi bu ölkənin hakimiyyətinə 20-yə yaxın müqavilə layihəsi təqdim edib. Səfirin sözlərinə görə, bu sənədlər siyasi, iqtisadi, mədəniyyət və humanitar sahələr daxil olmaqla ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir.

Diplomatın qeyd etdiyi kimi, artıq iki sənəd, yəni təhsil sahəsində əməkdaşlığa dair müqavilə və hava rabitəsi ilə bağlı müqavilə yaxın günlərdə iki ölkənin birgə müzakirəsindən keçib. Diplomatın sözlərinə görə, perspektivdə Azərbaycan və İndoneziya iş adamlarının biznes-forumunun təşkili də durur.

Xəbər lenti

Xəbər lenti