...

Müxalifətyönlü siyasi blokun adı dəyişdiriləcək

Siyasət Materials 20 Avqust 2007 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Müxalifətyönlü "Bizim Azərbaycan" blokunun adı dəyişdiriləcək və bundan sonra "Yeni Yol" bloku adlandırılacaq. Bu məsələ blokun Sədrlər Şurası bazar ertəsi Bakıda keçirilən növbəti toplantısında müzakirə olunub.

Geniş müzakirələrdən sonra qərara alınıb ki, bu məsələlər avqustun 25-də blokun sədr seçkisindən sonra təkrar müzakirəyə çıxarılsın.

Toplantıda "Bizim Azərbaycan" blokunun sədri, Türk Millətçi Partiyasının başqanı Vüqar Bəyturan blokun Məclisinin avqustun 19-da keçiriləcək toplantısının bu ayın 25-də keçiriləcək sədr seçkisindən sonraya təxirə salındığını bildirib.

"Bizim Azərbaycan" bloku 2003-cü il keçirilən prezident seçkiləri dövründə prezidentliyə namizəd olan Müsavat Partiyasının başqanı İsa Qəmbərin namizədliyini dəstəkləmək üçün yaradılıb. Sonradan Müsavat Partiyası bloku tərk edib. Hazırda "Bizim Azərbaycan" blokunda səkkiz partiya təmsil olunur.

Xəbər lenti

Xəbər lenti