Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində insan alveri ilə məşğul olan daha bir nəfər tutulub. Bu barədə çərşənbə axşamı DİN-in mətbuat xidmətindən məlumat verilib.
Tutulan şəxs Bakı şəhər sakini Ellada İsmayılovadır. İsmayılova gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə apararaq onları cinsi istismara məruz qoyub.
Faktla bağlı araşdırma aparılır.