...

Partiya sədri: Müxalifətin vahid namizəd ideyasından yararlanması mümkün olmayacaq

Siyasət Materials 30 Avqust 2007 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində müxalifətin vahid namizəd ideyasından yararlanması mümkün olmayacaq. Bu fikirləri cümə axşamı Trend ə açıqlamasında İslam Demokrat Partiyasının (İDP) sədri Tahir Abbaslı bildirib.

Azərbaycanda bütün prezident seçkiləri dövründə müxalifət düşərgəsinin vahid namizədlə iştirakı məsələsi gündəmə gəlib. Lakin indiyədək bu, mümkün olmayıb.

İDP sədri hesab edir ki, vahid namizəd ideyasının zərəri xeyrindən daha çoxdur.

Abbaslının fikrincə, vahid namizəd ideyası Azərbaycan müxalifəti üçün sərfəli variant olsa da, müxalifət bunu gerçəkləşdirə bilmir: "Çünki müxalifət düşərgəsində heç bir lider bir-birinə güzəştə getmir. Hər kəs öz şəxsi marağını önə çəkir, beləliklə də vahid namizəd ideyasının gerçəkləşməsi mümkün olmur".

Abbaslının fikrincə, müxalifət vahid namizəd olmadan da seçkilərdə uğurla iştirak edə bilər. Sadəcə, problem bu düşərgənin islah oluna bilməməsindədir: "Müxalifət artıq xalqdan uzaqlaşıb. İndiki prezident daha çox xalqın içərisində olur. Amma müxalifət liderləri insanların daha çox toplaşdığı yerlərdə sadə vətəndaşlarla məsafə saxlayırlar"-deyə İDP sədri bildirib.

İDP müxalifətyönlü, dini təmayüllü partiyadır.

Xəbər lenti

Xəbər lenti