...

Koreya prezidenti Azərbaycan Parlamentinin sədrini qəbul edib

Siyasət Materials 5 Sentyabr 2007 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Regionda lider dövlət kimi dünya ölkələri Azərbaycana böyük maraq göstərir.Bu barədə Azərbaycan parlamentinin sədri Oqtay Əsədovla görüşündə Koreya Respublikasının prezidenti Roh Mu-hyun məlumat verib. Koreya prezidenti bildirib ki, təmsil etdiyi ölkə Azərbaycanla siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığa böyük önəm verir.

Əsədovun rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyətinin çərşənbə günündən Koreyaya rəsmi səfəri başlayıb.

Koreya prezidenti ilə görüşündə spiker deyib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi təqribən 110 milyon dollar təşkil edib. Bu ilin altı ayı ərzində isə , bu rəqəm artaraq ,157 milyon dollardan çox olub. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər də müzakirə edilib.

Səfər çərçivəsində Əsədov Koreya Milli Assambleyasının sədri Lim Çae-canq ilə də görüşüb.

Koreya ilə Azərbaycan arasında indiyədək əməkdaşlığa dair 35 sənəd imzalanıb.

Xəbər lenti

Xəbər lenti