...

Azərbaycan ordusunun əsgəri yaralanıb

Siyasət Materials 7 Sentyabr 2007 22:48 (UTC +04:00)

Azərbaycan, Bərdə ( Trend müxbir Ş. Cəliloğlu) Yerli vaxt ilə saat 17.00 radələrində Ağdam rayonunun əkəsər hissəsi 1993-cü ildən Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Yusifcanlı kəndinin ərazisində Azərbaycan ordusunun əsgəri yaralanıb. Məlumata yaxın mənbənin "Trepnd"ə verdiyi məlumata görə, 19 yaşlı Famil Musayev erməni snayperin atəşinə tuş gəlib. Güllə əsgərin sağ əlinə dəyib.

Azərbaycanın Salyan rayonundan orduya çağırılan Musayev yaxınlıqda yerləşən hospitala yerləşdirilib. Onun səhhəti haqqında məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti