...

Musiqi günündə Musiqi mədəniyyət muzeyinin qapısı açıq elan olunacaq

Cəmiyyət Materials 11 Sentyabr 2007 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr / " TrendLife" ,müxbir Eldar Hüseynzadə/

Sentyabr Azərbaycanın şou-biznes həyatında maraqlı hadisələrlə zəngindir. Yəqin ki, Musiqi günü ən parlaq bayramlardan birinə çevriləcək. Musiqi mədəniyyəti muzeyinin direktoru Alla Bayramovanın "TrendLife"-a verdiyi məlumata görə, sentyabrın 17-də muzeyin qapıları hər kəsin üzünə açıq olacaq. Hər kəs muzeyə gəlib, musiqi dinləyə bilər. Həmin gün tamaşaçılar önündə Üzeyir Hacıbəyovun, Niyazinin,Zülfüqar Hacıbəyovun, İsmayıl Hacıbəyovun əsərləri səslənəcək.Əsərləri Ülviyyə Hacıbəyova, Opera və Balet teatrınn solisti,əməkdar artist Gülnaz İsmayılova, Səbinə Əsədova, Həsən Enami ifa edəcəklər.

Xəbər lenti

Xəbər lenti