...

Şeyxülislam həbsdə olan jurnalistləri müraciət edəcəkləri təqdirdə müdafiə etməyə hazırdır

Cəmiyyət Materials 13 Sentyabr 2007 15:48 (UTC +04:00)
Şeyxülislam həbsdə olan jurnalistləri müraciət edəcəkləri təqdirdə müdafiə etməyə hazırdır

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə ümid edir ki, həbs olunan jurnalistlər prezidentin humanist əfv fərmanından faydalanacaqlar. Dini rəhbər bu barədə jurnalistlərə cümə axşamı bildirib.

Azərbaycanda həbsdə olan 7 jurnalist var. Bunlar Eynulla Fətullayev, Mirzə Sakit, Fərəməz Novruzoğlu, Rövşən Kəbirli, Yaşar Ağazadə, Rafiq Tağı və Samir Sədaqətoğludur. Onların hamısı əsasən böhtan atmaqda təqsirləndirilirlər.

Onun sözlərinə görə, üzvü oldğu Əfv üzrə Dövlət Komissiyasına həbsdə olan jurnalistlərin özləri tərəfindən əfv olunma barədə müraciət daxil olmayıb. "Əgər bizə belə bir müraciət daxil olarsa, komissiya sözsüz buna baxacaq. Lakin əfv prezidentin səlahiyyətinə daxildir" - deyə Şeyxülislam bildirib.

Şeyxülislam İslam Partiyasının həbs olunan üzvlərinin əfv olunması təşəbbüsü ilə prezident qarşısında çıxış edib. Onlar dövlət çevrilişinə cəhd və buna çağırışda ittiham olunurlar. "Əgər həbs olunan jurnalistlər şəxsən mənə müraciət etsələr, mən prezidentdən onların bağışlanılmasını xahiş edə bilərəm" - deyə Paşazadə əlavə edib.

Xəbər lenti

Xəbər lenti