...

Azərbaycan Musiqili Komediya Teatrı mövsümü açdı

Cəmiyyət Materials 17 Sentyabr 2007 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr/ "TrendLife" , müxbir Eldar Hüsenzadə/Azərbaycan Musiqili Komediya Teatrı yeni mövsümü çox maraqlı başladı. İlk iş günlərinə onlar bir saat tez başladılar. Səbəb isə saytın təqdimatının keçirilməsi ilə bağlı idi. Bir sözlə, indi hər teatr özünün İnternet səhifəsini açır. Ümumiyyətlə, Musiqili Komediya Teatrı mövsümü əvvəlki illərdən fərqli açdı. Belə ki, tamaşaçılar göstərilən tamaşa barədə fikirlərini xüsusi nömrəyə sms göndərməklə, əgər mobil telefon yoxdursa, fikirlərini yazılı formada xüsusi qutuya atmaqla bildirdilər. Tamaşaçıların isə ilk qiymət verdiyi tamaşa (Ramiz Mirişli və Marat Haqverdiyevin tamaşası) "Qısqanc ürəklər" oldu.

Xəbər lenti

Xəbər lenti