...

Müğənni Elnurun solo konserti keçiriləcək

Cəmiyyət Materials 17 Sentyabr 2007 20:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr / "TrendLife", müxbir Vüqar İmanov/

Sentyabrın 29-da "Yaşıl Teatr"-da müğənni Elnurun "Belə olarmı" adıl konsert proqramı keçiriləcək. Bu haqda "TrendLife"-a konsertin təşkilatçısı "RL production" şirkətinin direktoru Ləman Süleymanova xəbər verib. Onun sözlərinə görə: "Konsertdə tamaşaçıları bir çox maraqlı sürprizlər gözləyir. Elnur isə hazırda rəqs kollektivi ilə məşqlər edir."

Bizdə olan məlumata görə, konsertdə ,həmçinin müğənninin "Gizli yaşayım" yeni klipinin təqdimatı da gözlənilir. Klipin rejissoru Fuad Əlişovdur. Biletləri Şəhriyar adına Mədəniyyət evindən, Yaşıl Teatrın kassalarından, həmçinin Anadolu restoranlarından, Trend Studio salonundan əldə edə bilərsiniz. Onu da qeyd edək ki, "RL production" prodüsser mərkəzi yaxın zamanlarda Rusiyadan, Türkiyədən, Avropadan olan tannımış müğənniləri, musiqisevərlərin görüşünə gətirəcək.

Xəbər lenti

Xəbər lenti