...

Fərid Mansurov yunun-roma güləşi üzrə dünya çempionu oldu

Cəmiyyət Materials 17 Sentyabr 2007 23:18 (UTC +04:00)
Fərid Mansurov yunun-roma güləşi üzrə dünya çempionu oldu

Azərbaycan, Bakı / Trend müxbir Z. Səfərov/ Azərbaycanın yunan-roma güləşçisi Fərid Mansurov ( 66 kq) Bakıda keçirilən dünya çempionatında qızıl medal qazandı.

Trend in verdiyi xəbərə görə, final görüşündə olimpiya çempionu Fransa təmsilçisi Stiv Jenonu üstələyib.

Xalça sahibi üçün final görüşü heç də rahat alınmadı, lakin təhrübəli Fərid oyunun axarına öz xeyrinə dəyişə bildi. Beləliklə, o öz karyerasında ilk dəfə dünya çempionu titulunu qazandı. Beş il öncə Fərid dünya çempionatının gümüş mükafatçısı olmuşdu. Bu qələbə ilə yanaşı o olimpiadaya lisenziya qazanmış oldu.

Onuncu yerlə kifayətlənən R. Bayramov isə hələ ki, 2008-ci ildə keçiriləcək olimpiya oyunlarına vakansiya qazana bilməyib.

Xəbər lenti

Xəbər lenti