Azərbaycan, Şəki / Trend , müxbir E.Quliyev/ Qəbələ rayonunun üç kənd ambulatoriyası və bir sahə xəstəxanası qəzalı vəziyyətdədir, cümə axşamı Qəbələ rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sabir Bayramov bildirib.
"Rayonun Mixliqovaq, Tuntul, Zalam kənd ambulatoriyası və Nic sahə xəstəxanası qəza vəziyyətində olduğundan yeni binaya ehtiyac var" - Bayramov deyib.
Bayramov xəstəxanaların əsaslı təmiri üçün müvafiq orqanlara müraciət etdiyini bildirib. Onun sözlərinə görə, rayonda tikilən diaqnostika mərkəzindən sonra kəndlərdəki tibb ocaqlarının təmirinə başlanılacaq.
Baş həkim rayonda kadr çatışmazlığına da toxunub. "Kənd ambulatoriyalarında 17 həkim ştatı boşdur. Ən çox ehtiyac pediatr, ginekoloq, stomotoloq ixtisaslarınadır" - Bayramov əlavə edib.
Qəbələ paytaxt Bakıdan 240 kilometr şimal-qərbdə yerləşir.