...

Gəncədəki Çini Qablar Zavodunun gözətçisi özünü yandırıb

Cəmiyyət Materials 26 Sentyabr 2007 14:05 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncədəki Çini Qablar Zavodunun gözətçisi iş vaxtı özünü yandırıb. Gəncə şəhər prokurorunun böyük köməkçisi İbrahim Həsənov çərşənbə günü Trend ə bildirib ki, Şərif Məmmədov gecə növbəsində öz iş yerində üzərinə yanacaq tökərək od vurub. Həsənovun sözlərinə görə, 51 yaşlı Məmmədov hadisədən sonra öz dostuna zəng edib və baş verənlərlə bağlı ona məlumat verib. Bundan sonra Məmmədovu Gəncə şəhər 2 saylı Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə çatdırıblar. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Prokuror köməkçisi onu da bildirib ki, 3-cü dərəcəli yanıq xəsarəti alan Məmmədov ölümündən qabaq xəstəxanada hüquq mühafizə orqanlarının əməkdaşlarına izahatında özünü öldürmək istəyini nişanlı qızının başqa oğlanla qoşulub qaçması ilə izah edib. Qızının bu hərəkətinə dözə bilmədiyini deyən ata bir həftə öncə özünü öldürmək istədiyini, amma buna özündə cəsarət tapmadığını bildirib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti