...

Azərbaycan nağılları Ukrayna dilində

Cəmiyyət Materials 2 Oktyabr 2007 11:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 oktyabr /müx. "TrendLife" Günel Əhmədova/

Bu günlərdə Ukraynada 28 Azərbaycan nağılının daxil olduğu "Azərbaycan xalq nağılları" toplusu işıq üzü görüb. Kitab "Veselka" nəşriyyatında çapdan çıxıb. Toplunun naşiri Ukraynada yaşayan azərbaycanlı mesenat İlqar Abbasov, ön sözünün müəllifi ölkəmizin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, fəlsəfə elmləri doktoru Tələt Əliyevdir. Səfirlikdən verilən məlumata görə, qalın üzlü, rəngli şəkillərlə müşayiət edilən nağıl kitabı "Dünya xalqları nağılları" seriyasından yüksək poliqrafiya ilə nəşr olunub. Tərcüməçi və tərtibçi Valentin Sipko, kitabın rəssamı isə Ambroz Jukovskidir. Xatırladaq ki, aşağı sinif şagirdləri üçün nəzərdə tutulan 155 səhifəlik kitaba "Məlikməmməd", "Tıq-tıq xanım", "Cırtdan", "Çoban", "Usta Abdulla" və digər nağıllar daxil edilib.

Xəbər lenti

Xəbər lenti