...

Vəkil "Azpetrol"un sabiq prezidentinə bəraət istəyir

Cəmiyyət Materials 2 Oktyabr 2007 11:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Cavadova/ Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı - Rafiq Əliyevin vəkili Fuad Ağayev bazar ertəsi keçirilən məhkəmə iclasında müdafiə etdiyi şəxsin bəraətini xahiş edib. Bu barədə Trend in məhkəmə iclasında iştirak edən müxbiri məlumat verib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı "Azpetrol" Şirkətlər Qrupun prezidenti Rafiq Əlievin və təqsirləndirilən digər 17 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam edir.

Vəkil Ağayev 19 oktyabr 2005-ci ildə H.Əliyev adına Beynəlxalq Hava Limanında R.Əliyevin üzərindən 30 min dollar aşkar edilməsi ilə bağlı ittihama dair çıxış edib. Vəkilin sözlərinə görə, həmin pullar R.Əliyevin çantasına gömrükçülər tərəfindən qoyulub: "Rafiq Əliyevin 30 min dolları təyyarəyə keçirməyə cəhd göstərməsi təsdiqini tapmayıb. Məhkəmə baxışı zamanı hava limanının rentgen aparatının əməkdaşları dindirilməyiblər, halbu ki, onların ifadəsi çox vacib idi. Çünki R.Əliyevin çantası rentgen aparatından keçirilərkən pullar aparatda göstərilməyib. Bu isə o deməkdir ki, pullar sonradan çantaya gömrük işçiləri tərəfindən qoyulub".

Ağayev məhkəmədən R.Əliyevə bəraət verilməsini xahiş edib.

Qeyd edək ki, F.Əliyev və digər müttəhimlər vəzifədən sui-istifadədə, rüşvət alma və rüşvət vermədə, dövlət mülkiyyətini qanunsuz özəlləşdirmədə və iqtisadi cinayətlərdə təqsirli bilinirlər.

Xəbər lenti

Xəbər lenti