...

Xəzərə axıdılan çirkab suların qarşısını almaq üçün ilk təmizləyici stansiya istifadəyə veriləcək (video)

Cəmiyyət Materials 4 Oktyabr 2007 13:02 (UTC +04:00)
Xəzərə axıdılan çirkab suların qarşısını almaq üçün ilk təmizləyici stansiya istifadəyə veriləcək (video)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Xəzər dənizinə axıdılan çirkab suların qarşısını almaq üçün Abşeron yarımadasında tikilən ilk stansiya yaxın bir həftə ərzində istifadəyə veriləcək, cümə axşamı jurnalistlərə Azərbaycan ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

Azərbaycan prezidenti iki ay öncə Xəzər dəniz sularının ekoloji çirklənmədən mühafizəsi üçün tədbirlərə dair sərəncam verib. Bu sərəncamdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzərin çirkab sulardan təmizlənməsi üçün tədbirlər planı hazırlayıb və onu həyata keçirməyə başlayıb.

Bağırov bildirib ki, prezidentin sərəncamına əsasən, Xəzər dəniz sularının ekoloji çirklənmədən mühafizəsi üçün 12 təmizləyici stansiya quraşdırılmalıdır. Lakin nazirliyin maliyyə hesabına daha bir əlavə stansiyanın tikilməsi planlaşdırılıb. Nazirin sözlərinə görə, Abşeron yarımadasından Sumqayıta qədər, dənizin şimal və cənub sahilini təmizləyici stansiyalar əhatə edəcək. Bu stansiyaların fəaliyyətindən sonra Xəzər dəniz sularının çirklənməsinin qarşısı tamamilə alınacaq. Bağırov hesab edir ki, növbəti çimərlik mövsümündə dəniz suyunda hər hansı mikrob qalmayacaq.

Xəbər lenti

Xəbər lenti