...

"Bu şəhərdə" layihəsinin rəhbəri Müşfiq Abbasov: "Biz xeyriyyəçilik haqqında unutmuruq"

Cəmiyyət Materials 9 Oktyabr 2007 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /müx. " Vüqar Vüqarlı/ Artıq xəbər verdiyimiz kimi, noyabrın 1-dən 5-nə kimi Dövlət Akademik Opera və Balet Teatrında "Bu şəhərdə" layihəsinin iştirakçıları konsert proqramı ilə çıxış edəcəklər. Adətən, irimiqyaslı konsertlərdə xeyriyyəçilik aksiyaları keçirilir. "TrendLife" müxbiri layihənin rəhbəri Müşfiq Abbasova belə bir sualla müraciət etdi:

- Hazırkı konsertin biletləri xeyriyyəçilik məqsədilə xüsusi yerlərə paylanacaqmı?

- Xeyir, biz xeyriyyəçilik məqsədilə bilet paylamayacağıq. Bizdə başqa ənənə yaranıb. Biz konsertin bilet satışından əldə edilən gəlirin bir hissəsini mütləq xeyriyyəçiliyə sərf edirik. Bu haqda heç vaxt unutmuruq".

Onu da qeyd edək ki, konsertə bir biletin qiyməti 10 manatdan 40 manata qədər olacaq.

Xəbər lenti

Xəbər lenti