...

Bakı yenidən idman döyüşlərinin mərkəzi olacaq

Cəmiyyət Materials 9 Oktyabr 2007 14:27 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı / Trend müxbir V.Vüqarlı/ Oktyabrın 26-da Bakı yenidən idman döyüşlərinin mərkəzi olacaq. Bu tarixdə burada taekvondo üzrə gənclərin Avropa birinciliyi start götürəcək.

Azərbaycanın Taekvondo Federasiyasından verilən məlumata görə, yarışda 40 ölkədən 400 idmançının iştirakı gözlənilir. Onlar "Abşeron" və "Elit" otellərində yerləşdiriləcəklər.

Yarış H.Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti