...

"Tin uşaqları" disklərini təqdim etdilər

Cəmiyyət Materials 11 Oktyabr 2007 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr /müx. TrendLife Vüqar Vüqarlı/

Yerli qrup "Tin uşaqları" jurnalistləri başına toplayıb, "Niaqara" restoranında özlərinə disk təqdimatı keçirdilər. Diskə 10 mahnı daxildir. Qrup üzvləri diskdə olan mahnıların ikisini 70-ci illərin məhşur müğənnisi Aydınçiklə ifa ediblər. Onu da qeyd edək ki, Aydınçik özü də bu təqdimatda iştirak edirdi. Bundan başqa, qrupu təbrikə Röya, Rafael və Coşğun gəlmişdir. Onu da qeyd etmək istəyirəm ki, qrup həm də iftar süfrəsi verirdi. Lakin bəzi müğənnilərdən fərqli olaraq, tədbirin kameraya çəkilməsinə icazə vermədilər.

Xəbər lenti

Xəbər lenti