...

Ukraynadakı azərbaycanlılar icmanın uzunmüddətli inkişaf strategiyasını qəbul etmək niyyətindədirlər

Cəmiyyət Materials 15 Oktyabr 2007 17:27 (UTC +04:00)
Ukraynadakı azərbaycanlılar icmanın uzunmüddətli inkişaf strategiyasını qəbul etmək niyyətindədirlər

Ukrayna, Kiyev/ Trend , müxbir Z.Novosvitski/ Ukraynadakı Azərbaycanlılar bu ölkədəki icmalarının uzunmüddətli inkişaf strategiyasını qəbul etmək niyyətindədirlər. "İndiyə qədər bizim Ukraynada öz etnosumuzun strateji inkişafı ilə bağlı planımız yox idi. İndi isə, biz uzun bir müddət üçün öz inkişafımızın əsas istiqamətlərinin əsasını qoymaq istəyirik",-deyə Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov bildirib.

Proqram 500 minlik Azərbaycan icmasının mədəni və idman sahəsindəki inkişafını, regional inkişaf, UAK-ın gənclər və qadınlarla iş komitələrini əhatə edəcək. Həmçinin, uzunmüddətli dövr üçün digər ölkələrdəki Azərbaycan icmaları ilə fəaliyyət istiqamətləri müəyyən olunacaq.

Bu proqramın fəaliiyyət istiqmətlərinin yerinə yetirilməsini yoxlayacaq Nəzarət-Təftiş Komissiyası UAK-ın regional bölmələrinin rəhbərlərinin işini də qiymətləndirəcək.

Cari ilin dekabr ayına qədər uzunmüddətli strateji inkişaf planını hazırlamalı olan işçi qrupu UAK-ın 2007-ci il 15 oktyabr konfransında yaradılıb. Bundan əlavə, toplantıda UAK-ın yeni tərtibatda Nizamnaməsi qəbul olunub. Burada Təftiş Komissiyasının yaradılması nəzərdə tutulub.

Sənəddə, həmçinin, bir şəxsin regional təşkilata rəhbərlik müddəti də məhdudlaşdırılıb (iki dəfədən çox olmamaqla).

Nizamnaməyə əsasən, UAK regional təşkilatına ali təhsili olan, Azərbaycan, Ukrayna və rus dillərini bilən şəxslər rəhbərlik edə biləcəklər.

UAK 1997-ci ildən fəaliyyət göstərir. Konqres 25 regionda, Sevastopol və Kiyev şəhərlərində təmsil olunur. Konqresin tərkibinə təqribən 26 min azərnbaycanlı daxildir.

Xəbər lenti

Xəbər lenti