...

Cüdo üzrə Azərbaycan yığmasının liderlərinə fasilə verilib

Cəmiyyət Materials 17 Oktyabr 2007 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycan yığmasının aparıcı cüdoçularına Bakıda keçirilən dünya Kubokundan sonra qısamüddətli istirahət verilib.

Qısamüddətli məzuniyyət H.Əliyev adına İdman-Konsert Kompleksində keçirilən çempionatın mövsümün sonuncu lisenziya xarakterli yarışı olması səbəbindən verilib. Hazırda idmançılar gələn il keçiriləcək məsuliyyətli yarışlara tam hazır olmaq üçün bərpa olunur və zədələrini sağaldırlar. Çünki növbəti ildəki yarışlar Pekin Olimpiyadasının bütün iştirakçılarını müəyyən edəcək.

Braziliyada keçirilən dünya çempionatında 2008-Oyunlarına getmək hüququnu artıq Elnur Məmmədli təmin edib. Eyni zamanda, daha beş atlet - Mehman Əzizov ( 81 kq), Mövlud Mirəliyev ( 100 kq), Elxan Məmmədov ( 90 kq), Kifayət Qasımova ( 57 kq) və Ramilə Qasımova ( 66 kq) Oyunlarda iştiraka iddia edirlər.

Xəbər lenti

Xəbər lenti